78-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

78-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Müharibənin 78-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 164 təyyarəsi, 125 helikopteri, 821 PUA-sı, 303 zenit-raket kompleksi, 3013 tank və digər zirehli texnikası, 364 reaktiv yaylım atəş sistemi, 1471 artilleriya və minaatanı, 2824 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

COMMENTS