8 aylıq hamilə qadın dünyasını dəyişdi

Respublika Klinik Xəstəxanasında 8 aylıq hamilə qadın dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin məsul həkimi Vidadi Həsənov APA-ya açıqlamasında deyib ki, 30 yaşlı Xəyalə Həsənova iyulun 29-da Göyçay rayonundan huşsuz vəziyyətdə xəstəxanaya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib.

Onun sözlərinə görə, qadın xəstəxanaya gətirilməzdən öncə Göyçayda qıcolması olub və huşunu itirib: “Xəyalə Həsənova bizə gətirilərkən koma vəziyyətində idi. Yoxlama nəticəsində qadının beyin-qan dövranının pozulduğu, beynində qansızma yarandığı məlum oldu. Beyinə qansızma olduqda ödem əmələ gəlir, ürək-damar mərkəzini sıxır və sıradan çıxarır. Xəstədə damar patologiyasının olduğu məlum olub. Çünki damarların patologiyası olduqda və təzyiq qalxanda o partlaya bilir. Mütəxəssislər xəstəyə bütün lazımı yardımları göstərdilər. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Xəyalə Həsənova 1 sutka bizdə qaldıqdan sonra iyulun 30-da rəhmətə gedib”.

Həkim qeyd edib ki, bu, 30 yaşlı Xəyalə Həsənovanın 3-cü hamiləliyi olub.

COMMENTS