Şəkidə 8-ci sinif şagirdini ilan sancıb. Kanal S (Region TV) xəbər verir ki, Hadisə rayonun Dərəcənnət kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyev Surət Vaqif qızı həyətdə təsərrüfat işləri ilə məşğul olarkən sağ əlindən ilan sancıb. Yaralıya kənd həkim məntəqəsində ilkin yardım göstərilib. Daha sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır, müaicəsi davam etdirilir.
COMMENTS