Aclıq və zaman məhdudiyyəti – ikisi bir arada olanda məcburuq ki, fastfoodlara üz tutaq, təbii ki, ən çox müraciət olunan yemək də dönərdir.
Lakin ac qalmaqdan mədəyə dəyən zərər, dönərlə toxluqdan dəyən zərərdən daha azdır.
Dosye.org Kəpəz TV-yə istinadən xəbər verir ki, müasir insanın qida rasionunun ayrılmaz hissəsi olan fastfoodların zərərindən çox danışılsa da, yenə də iştahamıza güc gələ bilmirik. Yağlı, duzlu, mayonezli və tomatlı yeməyin orqanizmimizə zərərli olduğunu bilsək belə.
Şəhərin bəzi dönərxanalarındakı vəziyyətlə tanış olmaq istədik. 2006-cı ildən toyuq dönərlərinin satışına qadağa qoyulmasına baxmayaraq, qadağaya məhəl qoymayanlar az deyil.
“Toyuq dönərinin satışına qadağa qoyulub, niyə satırsız?” sualına dönərçi belə cavab verir: “Bilirəm amma bizim baytarlıqdan icazəmiz var. Gəlib yoxlayırlar”.
Dönər hazırlanarkən ət düzgün emal olunmadığı üçün onun tərkibindəki mikroorqanizmlər nəinki məhv olmur, hətta artır. Xüsusən dönər gigiyenik normalardan uzaq yerdə hazırlanırsa. Hər halda bu olanlardı, ən əsası faktlardı. Zərər çəkib-çəkməmək hər kəsin özünə qalır…
COMMENTS