8 tibb müəssisəsilə bağlı Baş Prokurorluğa müraciət edildi

8 tibb müəssisəsilə bağlı Baş Prokurorluğa müraciət edildi

“Bu ilin 9 ayında 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

AQTA sədri 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materialların Baş Prokurorluğa göndərildiyini qeyd edib. Eyni zamanda, 28 tibb müəssisəsinin məsul şəxslərin yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edildiyini açıqlayıb.

DOSYE.ORG

COMMENTS