Cəlilabad rayon Şabanli kənnd sakini Əzizov Yadigar Əzizağa oğlu tərəfindən dosye.org-da şikayət məktubu daxil olub. Rayon sakini mətbuat vasitəsi ilə bildirir ki, Şabanlı kəndində baş verən xoşagəlməz hadisələr bizləri dəhşətə gətirib. Məktubda deyilir:
Cəlilabad rayon Şabanli kənd icra nümayindəsi Ilqar Mirzəyevin və onun cinayət ortağı muhasib Rafiq Ağayevin dövlət əmlakinin mənimsəməsi barədə məlumat vermişəm . Araşdırmalardan sonra vaxti ilə oğurluq üstündə 5 – il məhkumluq həyatı yaşayan Ilqar Mirzəyev icra nümayidəliyindən azad edildi. Lakin ixtisasca mal həkimi olan muhasib Rafiq Agayevə isə gözun üstə qaşın var deyən olmadi. Rayonun keçmiş icra başçısı Namiq Zeynalov Şabanli kənd ərazi nümayəndəliyinə məişət pozğunu olan, polis orqanları dan məhkəmənin qərari ilə azad olunmuş Adil Turabovu icra nümayəndəsi təyin etdi. Bu böyük cinayətin əsas simalarindan sayilan ixtisasca mal həkimi olan ancaq icra nümayəndeliyinde baş muhasib vəzifələrini tutan Rafiq Ağayev bu gun də öz çirkin niyetini həyata keçirməkdən çəkinmir. Buna himayelik edən (qohumu) icra başçisinin birinci muavini Mənsur Məmmədovdur.
Dosye.org olaraq nəzərinizə çatdırırıq ki, Cəlilabad rayonunda baş verən bütün neqativ hadisələr saytımız tərəfindən aidiyyəti qurumlara ünvanlanır. Məhz bunun nəticəsidir ki, bir çox hegamon məmurların ifşasına nail oldu. Bəli, ölkə də ən çox narazı kütlə elə Cəlilabad rayonundadır. Xırda məmurlar və onlara havadarlıq edən vəzifə sahiblərinə ciddı xəbərdarlıq edilib.
DOSYE.ORG
COMMENTS