Top.Mail.Ru

Kamaləddin Qafarovun mandatının arxasında Cəmil Əliyev durur?

Kamaləddin Qafarovun mandatının arxasında Cəmil Əliyev durur?

9 fevral  növbədənkənar parlament seçkilərində inanılmaz hadisələr baş verir. Daha bir dairənin nəticələri ləğv oluna bilər.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Belə ki, 9 saylı Binəqədi 2-ci seçki dairəsində baş verən ciddi nöqsanlar MSK-da araşdırıldıqdan sonra qərar qəbul ediləcək. Nəzərinizə çatdıraq ki, 9 saylı Binəqədi 2-ci seçki dairəsinindən Kamaləddin Qafarov deputat elan edilmişdir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, adı dərman biznesində hallanan və eyni zaman da Onkologiya Mərkəzində rüşvət mexaniziminə nəzarət edən bir şəxsin namizədliyi irəli sürülməsidir.

YAP-dan belə addımın atılması olduqca düşündürücüdür. Digər məlumatda isə bildirilir ki, K. Qafarovun deputat seçilməsində canfəşanlığ edən Cəmil Əliyevin daha çox adı hallanır. Kimdir Cəmil Əliyev? Apardığımız araşdırmalara görə, C. Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktorudur. Deməli, 9 saylı Binəqədi 2-ci seçki dairəsindən deputat elan edilmiş K. Qafarov, məhz direktorun köməkliyi ilə “qələbə! qazanıb. Bütün bunlar bir daha sübüt edir ki, ölkə də keçirilən parlament seçkiləri saxtadır və atılmış addımlar bir başa ölkə başçısına qarşı təxribatdır. Əslində, MSK 9 saylı Binəqədi seçki dairənin nəticələrini ləğv etməlidir. Görünən tərəf odur ki, Cəmil Əliyev faktoru seçki saxtakarlığında iöz müstəsna xidmətlərini yerinə yetirib.

Araşdırmalarımız davam edir.

DOSYE.ORG

COMMENTS