Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanı Ermənistanın baş naziri təyin olunması münasibətilə təbrik edib.
Bu barədə Kremlin saytında məlumat yayımlanıb.
Təbrik teleqramının mətnində deyilir:
“Ümid edirəm ki, hökumətinizin fəaliyyəti dost, müttəfiq Rusiya-Ermənistan münasibətlərinin daha da inkişafına, həmçinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.
Xatırladaq ki, avqustun 2-də Prezident Armen Sarkisyan Nikol Paşinyanın Ermənistanın baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Daha əvvəl “Mülki Müqavilə” fraksiyası onu Baş nazir postuna namizəd göstərmişdi.
COMMENTS