Əməkdar artist Nigar Qaragözova (Şabanova) həyat yoldaşı, XTQ giziri Xəyyam Qaragözovdan ayrılması haqqında yayılan xəbərlərə münasibət bildirib.
DOSYE.ORG xəbr verir ki, əməkdar artist MTV Azərbaycan kanalında boşanmasını şayiə adlandırıb:
“Arzuları ürəklərində qalar… Allah heç bir xanıma və ailəyə ayrılmağı nəsib etməsin. Problem hər ailədə olur. Problemsiz ailə yoxdur. Yeni ailə qurursan, bir-birinə alışana, psixologiyasını bilənə qədər, tərbiyəsini qəbul edənəcən vaxt lazımdır. İstər-istəməz sərbəst xanım olmuşam. Öz qərarlarımı anamla birlikdə vermişəm. Allah heç kimə göstərməsin. Söz- söhbətə görə də xanımların ailəsi dağılsın”.
COMMENTS