“AAAF Park” ın sahibi vəhhabilərə maliyyə dəstəyi göstərir?

Bir müddət öncə mətbuatda “AAAF Park” yaşayış kompleksində Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalardan sonra, “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun saxlanıldığı barədə məlumatlar yer almışdı.

 

TofiqHeydarov “Yeniaxtaris.az” olaraq bildiririk ki, həmin xəbərdən bir müddət keçəndən sonra Tofiq Heydərov da mətbuata müraciət edərək verdiyi müsahibəsində saxlanıldığı barədə yazılanları israrla təkzib etmişdi. O, özü barədə yayılan bu məlumatın təxribat xarakterli olduğunu da əlavə edərək vəziyyəti xeyrinə dəyişməyə səy göstərmişdi.

 

Lakin bununla yanaşı,”Xırdalan”-ın qeyri-rəsmi sahibi təxribatın hardan, kimlərdən gəldiyini açıqlamayıb və yaxud da açıqlaya bilməyib. Bunun əvəzində, “AAAF” İnşaat şirkətinin Azərbaycanda ən güclü inkişaf etmiş şirkət olması ilə öyünüb. Özünü təmizə çıxarmaq üçün müsahibəsində bu şəxs ona kimlərinsə paxıllıq etdiyini, prezidentin yaxın günlərdə Xırdalana gəlişi ərəfəsində törədilən təxribat olduğunu iddia edib.

 

“Yeniaxtaris.az” saytının bu günlərdə əldə etdiyi məlumata görə, Tofiq Heydərov həmin müsahibələrində
heç də həqiqəti söyləməyib. Mənbə bildirir ki, “AAAF Park” yaşayış kompleksində Vergilər Nazirliyi tərəfindən həqiqətən də yoxlama aparılıb. Bu yoxlamanın nəticəsi olaraq da külli miqdarda vergidən yayındığına görə, Tofiq Heydərov həbs olunub. Lakin həbsdə o cəmi bir neçə gün qalıb. Belə ki, mənbə onun külli miqdarda xərc qoyması müqabilində azadlığa çıxdığını söyləyir.

 

Görünür, T. Heydərov həqiqətlərin üzə çıxması ilə özü barədə mənfi imic formalaşacağından ehtiyat edərək, bəzi mətbuat vasitələrinə haqqında yazılan və real mənzərəni əks etdirən məlumatları təkzib etməyi tapşırıb.

Qeyd edək ki, Heydərovun saxlanılmasının motivlərinə gəldikdə, onun əslində radikal dini cərəyanlara, xüsusən vəhhabilərə yaşıl işıq yandırdığına görə DİN Banditizmə və Terrorizmə qarşı Mübarizə Baş İdarəsində saxlanıldığı qeyd olunurdu.

 

Əldə etdiyimiz məlumata görə, o, uzun müddətdir Abşeronda və Xırdalanda vəhhabi məzhəbindən olan şəxslərə (ƏXİLƏRƏ) maliyyə yardımları göstərməklə yanaşı, bu dini cərəyanların nümayəndələrinin işlə, yaşayış yeriylə təmin olunmasında, eləcədı, onların təhlükəsizliyinin təmin edilməsində ağsaqqallıq missiyasını yerinə yetirməsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Hətta iddia olunur ki, qatı dindar olan Heydərovun rəhbəri olduğu obyektlərin əksər işçiləri də məhz vəhhabi məzhəbinin nümayəndələri olublar.

 

Maraqlıdır ki, bu faktla bağlı olaraq, hələ cari ilin fevralında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov
da vəhhabi probleminin gündəmə gəldiyi bir vaxtda rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta tikinti şirkətlərinin təmsilçilərinin iştirakıyla çağırılan iclasda çox ciddi mesajlar vermişdi. Burada o, radikal dini qruplaşma üzvlərinə kömək göstərən şəxslərlə bağlı ciddi ölçü götürüləcəyi barədə xəbərdarlıq etmişdi. O zaman yazılanlara görə, xəbərdarlıq edilənlər arasında “AAAF İNŞAAT MMC”nin təsisçisi Tofiq Heydərov da olmuşdu.
Qeyd olunurdu ki, radikal dini qruplaşma üzvləri ilə hər hansı formada əməkdaşlıq və ya onlara yardımla bağlı xəbərlər təsdiqlənəcəyi təqdirdə heç kəsə güzəşt edilməyəcək.

 

“Yeniaxtaris.az” olaraq əldə etdiyimiz məlumata görə, saxlanılmasının ardından Tofiq Heydərov vəhabilərlə əalqələrini nəinki azaldıb, əksinə bir qədər də artırıb. Bizə daxil olan məlumatda bildirilir ki, o, ötən həftə Azərbaycanın Şimal-Qərb rayonlarından birində yerləşən “Əxi Ocağı”na külli miqdarda maliyyə yardımı göndərib.

Mövzu diqqətimizdədir….

COMMENTS