Abbas Abbasovun Qarabağ Komitəsi ilə işbirliyi üzə çıxdı

Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsi artıq neçə müddətdir ki, Bakıda mitinq keçirməklə bağlı müzakirələr aparır.

Məhsul stadionunda keçirilən aksiyadan sonra qurum mitinqlərin davamlı olmasında israrlıdı. Lakin Bakı şəhər İcra Hakimiyyəti mitinqlərin keçirilməsinə razılıq verməyib. Bu səbəbədən də Komitə rəhbərliyi hakimiyyəti suçlamağa başlayıb.

Qeyd edək ki, Qarabağ Komitəsinin ictimai-siyasi proseslərdə önə çıxması planlı xarakter daşıyır. Keçmiş hərəkatçılardan birinin “Unikal” qəzetinə verdiyi məlumata görə, Komitənin rəhbərlərindən olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu missiyanı icra etmək üçün baş nazirin sabiq müavini Abbas Abbasovla anlaşıb. Yəni, A.Abbasovun istəyinə uyğun olaraq cəmiyyətin həssas yeri olan Qarabağ məsələsini əllərində bayraq edərək yeni bir qurum yaradıb və siyasi hakimiyyətə bu kart vasitəsi ilə təzyiq edirlər. Bildirilir ki, komitənin maliyyələşdirilməsi məhz Abbas Abbasov tərəfindən həyata keçirilir.

Onu da nəzərinizə çatdıraq ki, Qarabağ Komitəsinin digər rəhbər şəxslərinin də Abbas Abbasovun oğlu, sabiq deputat Aydın Abbasovla münasibətləri var və onun Qarabağ Komitəsinin bəzi üzvləri ilə görüşərək ictimai-siyasi müzakirələr apardığı bildirilir.

Dosye.org

COMMENTS