Abdin Fərzəliyev sakinlərlə görüşdü

Abdin Fərzəliyev sakinlərlə görüşdü

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri və xidmət sahələrinin rəhbərləri iştirak ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Dosye.org xəbər verir ki, səyyar qəbulda Abdin Fərzəliyev giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.

Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

 

DOSYE.ORG

 

COMMENTS