Abdullah Gülün Yerevana səfərinin sensasion TƏFƏRRÜATI: “O təklənmişdi” – AÇIQLAMA

sarkis.jpg

Türkiyənin 11-ci prezidenti Abdullah Gül 2008-ci ildə futbol diplomatiyası çərçivəsində Emənistanda oldu.

Abdullah Gülün dövlət başçısı olduğu zamanlarda onun baş müşaviri işləmiş Əhməd Sevərin “Abdullah Güllə 12 il” adlı kitabında Yerevana edilən səfərlə bağlı maraqlı məqamlar öz əksini tapıb.
Modern.az saytının verdiyi xəbərə görə Əhməd Sevər CNN Türk telekanalının “Hər şey” adlı proqramında yazdığı kitab barədə danışarkən o vaxtın baş naziri Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələrin Baş qərargah rəisi İlker Başbuğun Azərbaycan amilini nəzərə alaraq Abdullah Gülün Ermənistana getməsinə qarşı çıxdığını bəyan edib.

“Futbol diplomatiyası çərçivəsində Yerevana edilən səfərlə problemlərin həlli istiqamətində yol açıldığını düşünürdü. Lakin buna qarşı çıxan fikir də söylənilirdi. Xarici İşlər Nazirliyi Abdullah Gülün səfərinin Azərbaycanla əlaqələrə və təhlükəsizliyə ziyan vura biləcəyindən narahat idi”,-deyə Əhməd Sevər qeyd edib.

Sabiq baş müşavir daha sonra əlavə edib:

“Hətta baş nazir Rəcəb Tayyib Ərdoğan Abdullah Gülün müşavirlərindən birinə dönəmin Silahlı Qüvvələrinin Baş qərarhag rəisini nəzərdə tutaraq “Ermənistana getməyi o da istəmir” deyib. Lakin Abdullah Gül bu məsələdə tək qalsa da, Yerevena getdi”.

O bildirib ki, Abdullah Gül ,kürd, erməni və Kipr probleminin ən önəmli məsələ olduğunu bunların həlli üçün şəraitin yarandığını düşünürdü.

Abdullah Gül dövlət başçısı olarkən 2008-ci ilin sentyabrın 6-da Türkiyə və Ermənistan futbol yığmalarının qarşılaşmasını izləmək üçün Yerevana səfər etmişdi.

2009-cu ilin oktyabrın 14-də isə Ermənistan prezidenti Serj Sərkisyan Abdullah Güllə birlikdə Bursa Atatürk stadionunda ölkəsinin futbol üzrə milli komandasının Türkiyə ilə qarşılaşmasını izləmişdi.

COMMENTS