“Alimlərin əldə etdiyi elmi nəticələri istehsalata yönəltməliyik. Bu sahədə ciddi boşluqlar var. Neçə ildir ki, bu barədə deyilsə də, ortada nəticə yoxdur”. Modern.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov Milli Məclisin komitələrinin 2016-cı il dövlət büdcə layihəsinə həsr olunmuş birgə iclasında deyib.
O xatırladıb ki, Azərbaycanda 1800 elmlər doktoru var. “Onun 1200-ü universitetdə, 600-u isə akademiyada çalışır. Ancaq büdcədə vəsait yalnız 600 alimə ayrılır. Bəs digər 1200 alim vəsaiti hardan alsınlar ki, iş görə bilsinlər?!”.
Rektor bildirib ki, 2016-cı ilin dövlət büdcə layihəsində bütün alimlərə vəsait ayrılmasının nəzərdə tutulması yaxşı olardı.
“Təklif edirəm ki, büdcədə elm və təhsil bölməsində bununla bağlı xüsusi bölmə yaradılsın”.
COMMENTS