Abort Ermənistanın ən ciddi problemlərindən biridir

ABŞ-ın Kaliforniya ştatından olan reproduktiv tibb üzrə mütəxəssis Viqen Sefilyanın fikrincə, Ermənistanın reproduktiv sağlamlıq sahəsində ən ciddi problemlərindən biri abortdur.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, onun sözlərinə görə, burada abortu bir neçə səbəbdən, ən birincisi uşağın cinsinə görə edirlər.

Ermənistanda cütlüklərin çoxu oğlan istəyir, onlar körpənin qız olacağını öyrənən kimi aborta gedirlər, hesab edirlər ki, bu yol ailənin “öz metodur”.

Onun sözlərinə görə, bu problem digər ölkələrdə də var, məsələn, Çində, hansı ki, bu gün seleksiya abortuna görə dünyada birinci yerdədir. Belə bir fikir də var ki, bu xoşagəlməz reytinqdə ikinci yerdə Azərbaycan, sonra isə Ermənistandır.
Viqen Sefilyanın fikrincə, Ermənistandakı situasiyanı dəyişmək lazımdır, çünki abortlar – yalnız etik problem deyil, o həm də qadınların sağlamlığına neqativ təsir göstərir və gələcəkdə övlad əldə etmək imkanlarını məhdudlaşdırır.

O qeyd edib ki, məhz aborta görə Ermənistanda doğulan oğlan uşaqlarının sayı (hər 100 qız uşağı ilə müqayisədə 102-106 oğlan) çoxdur.

COMMENTS