Top.Mail.Ru

ABŞ bu ölkədəki ordusunun yarısını çıxarır

ABŞ bu ölkədəki ordusunun yarısını çıxarır

Talibanla razılaşmaya uyğun olaraq Amerika qoşunlarının Əfqanıstandan çıxması prosesi yaxın 10 gündə başlayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Mark Esper deyib.

“Razılaşmada 135 gün ərzində hərbçi sayının 8600-ə qədər azaldılması nəzərdə tutulub. Əfqanıstandan çıxma prosesi 10 gün ərzində başlayacaq”, – deyə Esper bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 29 fevral tarixində açıqlamasında qoşunların dərhal çıxarılmağa başlayacağını bildirmişdi. Hazırda Əfqanıstanda ABŞ əsgərlərinin sayı 14 mindir.

DOSYE.ORG

COMMENTS