ABŞ-da Ermənistan səfiri şok faktları açıqladı: “Sərkisyan vaxtının çoxunu əylənməklə keçirir”

Ermənistanın keçmiş baş naziri, Ermənistanın ABŞ-dakı səfiri Tiqran Sərkisyan vətənindən tam ayrılıb Amerika cəmiyyətinə inteqrasiya oluna bilmir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin keçmiş rəhbəri vaxtının çoxunu Ermənistanda keçirir və coşqun həyat sürür: “Sərkisyan toy mərasimlərində, ad günlərində iştirak edir”.
Məlumatda qeyd edilir ki, o, yaxınlarda “Domama” restoranlar kompleksinin sahibinin oğlunun toy mərasimində də yaxından iştirak edib.

Digər mənbə isə bildirib ki, Tiqran Sərkisyanı Ermənistanın ABŞ-dakı konsulunun oğlunun toy mərasimində görüblər. Orijinal toy olub: nikah mərasimi Saqmosavank kilsəsində keçirilib. Bundan sonra toy iştirakçıları kilsənin yaxınlığındakı mərasim yerinə gediblər. Digər məlumata görə, həmin obyekt konsula məxsusdur və məhz oğlunun toyunu keçirmək üçün tikilib.

COMMENTS