ABŞ-ın Çarlston şəhərində minlərlə adam kilsədə baş verən qətl zamanı ölənlərin xatirəsini yad edib.
Avropa.info xəbər verir ki, insanlar qətlə yetirilən zənci sakinlərin ailələri ilə həmrəylik göstərmək naminə əl-ələ tutuşaraq körpünün üstündən keçiblər.
Xatırladaq ki, faciə 17 iyunda Çarlston şəhərinin metodist kilsəsində baş vermişdi. Qətli törədən 21 yaşlı ağdərili gənc Dilan Ruf olub. Polis cinayətin təməlində irqi nifrətin dayandığını iddia edir.
COMMENTS