ABŞ-da polis 13 yaşlı oğlanı güllələdi

ABŞ-ın Ohayo ştatının polisi 13 yaşlı oğlanı güllələyib.

Trend-in məlumatına görə, silahlı qarət barədə çağırış üzrə gələn polis üç nəfərdən ibarət qrupla rastlaşıb. Onlardan ikisi qaçsa da, üçüncüsü silahlı müqavimət göstərdiyinə görə güllələnib.

Oğlan pnevmatik tapança ilə silahlanıbmış.

COMMENTS