ABŞ-da polis idarəsinə silahlı basqın

Texas ştatının Dallas şəhər polis idarəsi hücuma məruz qalıb. 

Publika.az-ın məlumatına görə, polis maşınlarının şüşələri güllərlərlə sındırılıb.

Az sonra polis tərəfindən mühasirəyə alınan maşın qarşılıqlı atışma nəticəsində sıradan çıxarılıb. Atışmadan 7 saat sonra maşında sakitlik olub. Lakin silahlı şəxsin ölü və ya diri olduğu məlum deyil. Robotlar tərəfindən maşındakı partlayıcı qurğular zərərsizləşdirilərkən işə düşüb.

Xəsarət alanlar barədə məlumat verilmir. Amma bir çox polis işçisinin ölümdən döndüyü deyilir.

Silahlı şəxsin əvvəllər də məsuliyyətə cəlb olnduğu bildirilsə də, onun hər hansısa terror təşkilatı ilə əlaqəsinə dair məlumat verilməyib.

COMMENTS