ABŞ-ın Əfqanıstandakı səfirliyində partlayış

ABŞ-ın Əfqanıstandakı səfirliyində partlayış

ABŞ-ın Kabildəki səfirliyinin əsas girişində minalanmış avtomobil partladılıb.

 

Dosye.org Lenta.ru-ya istinadən bildirir ki, avtomobilin sükanında terrorçu kamikadze olub.

Kabil polisinin rəisi Fərid Əfzəlkinin sözlərinə görə, terror aktının hədəfi xarici hərbçilərin maşın karvanı olub. Hadisə yerində xarici hərbçinin geyimində olan meyit aşkarlanıb. Terror aktı nəticəsində həlak olanların dəqiq sayı, hələ ki, bilinmir.

Terror aktına görə məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.

COMMENTS