ABŞ-ın Gürcüstandakı hərbi attaşesi: “Azərbaycan Ordusu güclü inkişaf yolu keçib”

ABŞ-ın Gürcüstandakı hərbi attaşesi: “Azərbaycan Ordusu güclü inkişaf yolu keçib”

“Azərbaycan təkcə Gürcüstan və Türkiyənin strateji tərəfdaşı deyil, ABŞ-ın da etibarlı və strateji tərəfdaşıdır”.

Bu sözləri “Report”a müsahibəsində ABŞ-ın Gürcüstandakı hərbi attaşesi Jeff Hartman deyib.

J.Hartman bildirib ki, Azərbaycan Gürcüstan və Türkiyə, eləcə də NATO ilə sıx və səmərəli əməkdaşlıq edir. ABŞ bu əməkdaşlığı yüksək qiymətləndirir.

“Düşünürəm ki, Azərbaycan ilə əlaqələrin inkişafı, xüsusən də hərbi sahədə əməkdaşlıq hamı üçün səmərəli ola bilər. ABŞ-da Azərbaycan ilə hərbi sahədə əməkdaşlığa böyük önəm verir və bizim əlaqələrimiz yüksələn xəttlə inkişaf edir”, – deyə o əlavə edib.

J.Hartman Azərbaycan xalqını Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə təbrik edib: “Azərbaycan Ordusu son illər güclü inkişaf yolu keçib. Mən bu yubiley münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.

Dosye.org

COMMENTS