“ABŞ-ın immiqrasiya sistemi buna davam gətirmir”

“ABŞ-ın immiqrasiya sistemi buna davam gətirmir”

ABŞ-ın immiqrasiya sistemi potensialını aşıb. Buna görə də ölkəyə qanunsuz keçidlərin qarşısı alınmalıdır. Son zamanlar Amerikanın cənub sərhədindən ölkəyə qanunsuz daxilolmaların sayı xeyli artıb. Bu, çox böyük bir problemdir. Bizim immiqrasiya sistemimiz buna davam gətirmir.

 Bunu ABŞ prezidenti Donald Tramp miqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı keçirilən brifinqdə deyib.

 Qeyd edək ki, D.Tramp ötən ayın sonunda Meksikanın qanunsuz köçkünlərin axınına mane olmayacağı təqdirdə bu ölkə ilə sərhədləri bağlaya biləcəyini demişdi. Meksikanın Prezidenti Andres Manuel Lopez Obrador ölkəsinin qanunsuz miqrasiya ilə mübarizədə əlindən gələni etdiyini və ABŞ ilə yaxşı əlaqələr qurmaq istədiklərini bildirmişdi.(AzərTAc)

DOSYE.ORG

COMMENTS