ABŞ-ın İŞİD planı üzə çıxdı

ABŞ ordusunun İraqda İŞİD-ə qalib gəlmək üçün qurduğu planın detalları mətbuata sızdırılıb.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, sızdırılan planda İŞİD-ə qarşı quru əməliyyatın yaz aylarından qabaq başlamayacağı bildirilir. Əməliyyatın planına görə, İraq qüvvələri ölkənin qərbi ilə şimalında İŞİD-ə hücum edəcək və İŞİD-in Suriya ilə əlaqəsi kəsiləcək. Nəticədə, Mosula geri çəkilməyə məcbur olan terror təşkilatına böyük zərbə endiriləcək.

Mosulun 2015-ci ilin axırına qədər İŞİD-dən xilas edilməsi gözlənilir. Bu əməliyyatda İraq ordusuna ABŞ-ın 1600 hərbi müşaviri dəstək verəcək. Eyni zamanda, ABŞ İraq ordusuna havadan da yardım göstərəcək. Ancaq ABŞ əsgərləri əməliyyatda iştirak etməyəcək. Plana görə, İraq əsgərləri, peşmərgə və şiə milisləri ilə bərabər, sünnilərin də bu plana dəstək verməsi gözlənilir.

COMMENTS