“ABŞ iqtisadiyyatını tənəzzül gözləyir” – Almaniya nəşri

2017-ci il üçün ABŞ-ı iqtisadiyyatını tənəzzül gözləyir, bu tənəzzül dünya iqtisadiyyatına ölümcül təsir edəcək, xüsusən də Avropaya güclü təsir göstərəcək.

Musavat.com-un məlumatına görə, belə bir proqnozla “Welt” alman nəşrinin iqtisadi şərhçisi Xolqer Çşepits çıxış edib.

“ABŞ sayca özünün 8-ci iqtisadi yüksəliş ilinə daxil olub. Amerika iqtisadiyyatında iqtisadi yüksəliş maksimum 9 il çəkir. Ona görə də ən uzağı, 2017-ci ildə yenidən geriləmə gözlənilir” – qeyd edib analitik.

Onun sözlərinə görə, iqtisadi inkişaf orta hesabla 5 il çəkir, bundan sonra tənəzzül başlayır. “Ən pessimist proqnozlara əsasən, ABŞ iqtisadiyyatında problemlər uzaqda deyil”.

“Bundan qabaq maliyyəçi-investor Mark Faber bəyan eləmişdi ki, ABŞ-da artıq iqtisadi resessiya başlayıb və o üzdən investorları ABŞ-ın 10 illik dövlət istiqrazlarını maliyyələşdirməyə çağırıb. 

COMMENTS