Son iki ayda Əfqanıstanın şərq bölgəsində İŞİD-in fəallığını artırıb
İŞİD terror təşkilatının Əfqanıstandakı ikinci şəxsi Gül Zaman məruz qaldığı hücum nəticısində öldürülüb. ANS PRESS-in məlumatına görə, hadisə ABŞ hərbi kontingentinin pilotsuz təyyarə ilə həyata keçirdiyi əməliyyat nəticəsində baş verib.
NDS-nin gerbi
Faktla bağlı Əfqanıstanın Xüsusi Xidmət Orqanı (NDS) məlumat yayıb. Bildirilir ki, ölkənin şərqindəki Nanqahar şəhərinin Açin rayonunda təşkil olunan hava hücumu vaxtı İŞİD Əfqanıstan təşkilatının sədr müavini Zaman öldürülüb.
Nanqahar meriyasının sözçüsü Əhməd Ziya Əbdülzay “Anadolu” agentliyinin yerli bürosuna verdiyi məlumatda Açin bölgəsində ABŞ hərbi kontingentinin keçirdiyi hava əməliyyatı vaxtı 49 terrorçunun məhv edildiyini deyib.
“Əməliyyat, terrorçular toplantı üçün bir yerə yığışdığı vaxt təşkil olunub. İlk hücum vaxtı 12, növbəti hücum vaxtı 37 silahlı məhv edilib. Hava hücumu ötən gün günortadan sonra baş verib.”
Qeyd edək ki, son iki ayda Əfqanıstanın şərq bölgəsində İŞİD-in fəallığını artırdığı, tez-tez taliblərlə atışdığı bildirilir.
Yerli əfqan hökuməti isə İŞİD-lə sistematik mübarizə apardığını, bu təşkilatın ölkə üçün ciddi bir təhlükə olduğunu bildirmişdi.
COMMENTS