ABŞ İŞİDİ-i yox etmək üçün Türkiyədən kömək istədi

Martin Dempsi: “İŞİD əgər Amerika torpaqlarına və ya Avropaya göz dikərsə…”

 

İŞİD-a qarşı hazırladığı əməliyyatların uğursuz nəticələri ABŞ hökumətini axır ki, dilə gətirdi. Amma dünyanın hegemon dövləti gözlənilən açıqlamadan yan keçib.

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Martin Dempsi İŞİD terror təşkilatının ABŞ üçün təhlükəli olmadığını bildirib: “Əgər İŞİD Amerika torpaqlarına və ya Avropaya göz dikərsə, o zaman ABŞ ordusu da terror təşkilatının üzərinə hücuma keçəcək”. Əfqanıstana gedərkən təyyarədə jurnalistlərə açıqlama verən M.Dempsi İŞİD-ı yox etmək üçün Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanından yardım istəyib: “İŞİD-ın yox edilməsində Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniya bizə kömək etməyə borcludurlar. İnanıram ki, bu üç ölkə öz vəzifəsini yaxşı anlayır və borcunu yerinə yetirəcək”.

COMMENTS