ABŞ kəşfiyyatı FTB (Federal Təhqiqatlar Bürosu) “Apple” şirkətinin telefon və planşetlərini izləmək üçün illərlə müxtəlif üsullara əl atıb.
Müsavat.com-un məlumatına görə bu barədə informasiyanı keçmiş FTB agenti Eduard Snoudenin sızdırdığı sənədlər ortaya çıxarıb. Snouderin sızdırdığı sənədləri yayımlayan jurnalist Qlinn Qrinvard FTB-nı çətin vəziyyətə salıb. Sənədlərdə qeyd olunur ki, FTB 2006-ci ildən etibarən “İpone” və “İpad”-lara tətbiq olunan şifrələri qırmağa çalışıb. Lakin cəhdlərin uğurlu olub-olmadığı barədə məlumat verilməyib.
Jurnalist qeyd edib ki, şifrəni qırmağa çalışanlar Sandia milli laboratoriyasının işçiləridir və onlar “tapıntı”larını gizli keçirilən konfransda rəhbərliyə bildirirlər. Jurnalist belə konfransların birində ABŞ milli təhlükəsizlik idarəsinin də iştirak etdiyini bildirib.
Qeyd edək ki, “Apple” və Google keçən il şifrələmə yöntəmini daha da gücləndirəcəyini açıqlamışdı.
COMMENTS