ABŞ Moldovaya 50 milyon dollar ayıracaq

ABŞ Moldovaya 50 milyon dollar ayıracaq

ABŞ Ukraynadan qaçqın axını ilə bağlı Moldovaya kömək etmək üçün 50 milyon dollar ayıracaq.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bəyan edib ki, ABŞ Konqresin köməyi ilə Moldova hökumətinə və xalqına yardım üçün əlavə 50 milyon yardım edəcək.

Qeyd olunur ki, ayrılan vəsait sərhədçilərin hazırlanması, insan alveri ilə mübarizə, korrupsiya ilə mübarizəyə yönəldiləcək.

COMMENTS