ABŞ qırıcıları azərbaycanlıları qorumaq üçün havaya qalxdı

ABŞ ordusu İŞİD mühasirəsi altında qalan Azərbaycan mənşəli türkmənlərin yaşadığı Əmirlini azad etmək üçün terrorçularla mübarizəyə başlayıb.

 

Dosye.org Axar.az-a istinadən xəbər verir ki, 2 aydır  terrorçuların mühasirəsində qalan Əmirlini azad etmək üçün ABŞ qırıcıları havaya qalxıb.

Pentaqon sözçüsü Con Kirbi verdiyi açıqlamada əraziyə hava vasitəsi ilə humanitar yardımların göndərildiyini və terrorçulara qarşı genişmiqyaslı hərbi əməliyyatların başlandığını açıqlayıb.

Humanitar yardımların göndərilməsinə Avstraliya, Fransa və İngiltərə təyyarələrinin də qatıldığını deyən Pentaqon rəsmisi bu ərazidə terrorçulara qarşı 118 hava hücumu təşkil olunduğunu qeyd edib.

COMMENTS