ABŞ səfiri: “Azәrbaycanın müxtәlif siyasi partiyaları ilә görüşlәr keçirirәm”

“Biz Azәrbaycanla azәrbaycanlıların görmәk istәdiyi güclü Azәrbaycan naminә işlәmәyә hazırıq”

“Azәrbaycanın müxtәlif siyasi partiyaları ilә görüşlәr keçirirәm. Mәqsәdim Azәrbaycanı daha yaxından tanımaqdır”.

APA- nın mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib. Onun sözlәrinә görә, Birlәşmiş Ştatlar Azәrbaycanın müstәqillik  qazandığı ilk gündәn demokratiyanın inkişafı, keçirilən hәr seçkinin demokratiyanın inkişafına doğru daha bir addım olması üçün әmәkdaşlıq  edib: “Azәrbaycan prezidenti İlham Әliyev 1 noyabr seçkilәrinin  azad vә әdalәtli keçirlәcәyini bәyan edib. Biz dә bunun tәrәfdarıyıq”.

O bildirib ki, ABŞ Azәrbaycan hökumәtinin demokratiya vә insan haqları sahәsindә atdığı addımlarla bağlı hökumәt ilә işlәyir : “Biz davamlı olaraq bu  sahәdә hökumәtlә söhbәtlәr aparırıq. Biz Azәrbaycanla azәrbaycanlıların görmәk istәdiyi güclü Azәrbaycan naminә işlәmәyә hazırıq”.

COMMENTS