ABŞ səfiri Şəhidlər Xiyabanında

Robert Sekuta şəhidlərin xatirəsini andı
ABŞ-ın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Şəhidlər Xiyabanını ziyarət edib.

ABŞ səfirliyinin məlumatına görə, ANS PRESS-in məlumatına görə, bir necə gün öncə Bakıya gələn səfir 20 yanvar qurbanları və Qarabağ müharibəsi zamanı dünyasını dəyişənlərin, şəhidlərin xatirəsini anıb.

O, məzarlar üstünə gül qoyub,şəhidlər haqqında məlumat alıb.

Qeyd edək ki, Riçard Morninqstarı əvəz edən R.Sekuta fevralın 12-də Azərbaycana gəlib. O, etimadnaməsini prezidenti İlham Əliyevə ayın 19-da təqdim edir.

COMMENTS