ABŞ səfiri Sumqayıtda olub

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Sumqayıt Texnoloji Parkında olub.

Oxu.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi Twitter səhifəsində məlumat verilib.

Məlumatda bildirilir ki, səfir ora parkın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu haqqında məlumat almaq üçün baş çəkib: “Sumqayıt Texnoloji Parkında Azərbaycanda tərəqqini təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyəti müzakirə edilib”.

COMMENTS