ABŞ Serjə xəbərdarlıq etdi

Səfir Riçard Millz Ermənistan prezidentinə mesaj göndərdi
ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Millz ilk mətbuat konfransı keçirib. O, Ermənistan prezidenti Serj Sarkisyanın iki gün əvvəl ölkənin Təhlükəsizlik Şurasındakı çıxışına şərh verməkdən imtina edib.

ANS PRESS-in məlumatına görə, o deyib ki, bu barədə heç nə söyləmək fikrində deyiləm. “Mən Amerikanın Luiziana ştatındanam. Orada siyasi səhnədə bir-birinə pis ifadələrlə müraciət etmək qəbul olunub. ABŞ-ın bütün səfirlikləri üçün qəbul edilib ki, siyasi sahənin bütün liderləri ilə işləmək lazımdır. İrəvandakı səfirliyimiz hakim partiyanın, eləcə də müxalifətin, ictimai təşkilatların liderləri, nümayəndələri ilə işləməyə davam edəcək.”

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan barəsində başlanmış proseslərə toxunan səfir vurğulayıb ki, prezident araşdırmanın demokratik şəraitdə, şəffaf və ölkənin qanunlarına uyğun şəkildə aparılmasında maraqlı olmalıdır: “Düşünürəm ki, prezident Sarkisyan bunu gözəl bilir. Prezident həmçinin gözəl bilir ki, əgər bu məsələdə hansısa bir narahatedici sual, məsələ olarsa, biz onları qaldıracağıq.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan fevralın 12-də hakim partiyanın şura iclasında bildirib: “Siyasi oyunçu Qaqik Sarukyan ölkə üçün şər qüvvə oldu.” O, Q.Sarukyanı Milli Təhlükəsizlik Şurasının üzvülüyündən azad edib.

COMMENTS