
Musavat.com-un məlumatına görə, bu barədə Estoniya Müdafiə Qüvvələri Baş Qərargahından bildirilib.
4 “Abrams” tankından və dəstək texnikasından ibarət taqım Latviyadan dəmiryolu vasitəsilə gətirilib və paytaxt Tallinin yaxınlığında yerləşdirilib.
ABŞ hərbi qulluqçuları Estoniya tarixində ən geniş miqyaslı olacaq hərbi təlimlərdə iştirak edəcəklər. Mayın 4-15-i arası keçiriləcək təlimlərə ümumilikdə 15 min hərbçi qatılacaq.
COMMENTS