Abşeron icra hakimiyyətindən RƏSMİ AÇIQLAMA

Abşeron icra hakimiyyətindən RƏSMİ AÇIQLAMA

Bu gün Abşeron rayonunun Masazır kəndində meyvə-tərəvəz satışı ilə məşğul olan Vüqar Əzizov tərəfindən RİH-in adıçəkilən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənova etiraz əlaməti olaraq satdığı soğanı yandırması ilə bağlı bəzi saytlarda  güya şok doğuracaq video material yayımlanıb.

Masazır kənd sakinlərinin dildirdiyinə görə, icra nümayindəsi qanun çərçivəsində tədbir görmüşdür. Belə ki, küçə ticarətlərində satılan meyvə-tərəvəzin insan həyatı üçün olduqca təhlükəli olduğu bir zamanda, qabağlayıcı tədbirlərin görülməsi olduqca vacibdir. Eyni zamanda pandemiyanın geniş füsət aldığını nəzərə alsaq meyvə-tərəvəz satışı ilə məşğul olan satıcılar hazırkı vəziyyəti mütləq nəzərə almalıdır. Dövlətimizin atdığı müsbət addımlar və digər lazımı tədbirlər artıq bəhrəsini verir. Bu işdə hər birimiz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməli və pandemiya bəlasından xilas olmalıyıq.

Lakin Masazır kənd sakini Vüqar Əzimovun satdığı soğanın yandırılması isə heç də normal qarşılanmır. Təbii ki, icra nümayindəsi Şahlar Həsənov vətəndaşa düz istiqamət göstərib və hazırkı vəziyyətlə əlaqədar məlumatlandırıb. Kənd sakinlərin böyük rəğbətini qazanan Ş. Həsənovun əməyi danılmazdır.

Məsələ ilə əlaqədar dosye.org-a Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cu maddəsinəəsasən müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən olunmamışyerlərdə malların satılması inzibati məsuliyyət müəyyən edir. Bununla əlaqədar olaraq Masazır kənd inzibati ərazi dairəsi üzrənümayəndəsi Ş.Həsənov tərəfindən qanunamüvafiq olaraq satıcı V.Əzizova küçə ticarətinin dayandırılması və ərazinin təmizlənməsi ilə bağlı xabərdarlıq edilib. V.Əzizovisə qanunun tələblərinə riayət etməkdən imtina etmiş və satdığı soğanı yandırmışdır. Öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün belə şantaj vasitələrindən istifadə olunması yolverilməzdir.

Rayon İcra Hakimiyyəti tərəfindən bu kimi qanunsuz əməllərin, küçə ticarətinin və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması istiqamətində bundan sonra da qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir.

DOSYE.ORG

COMMENTS