Abşeron rayon icra hakimiyyətinin başçısı əraziləri gəzərək təbliğat işləri apardı

Abşeron rayon icra hakimiyyətinin başçısı əraziləri gəzərək təbliğat işləri apardı

Koronavirus pandemiyasına qarşı mübarizədə Abşeron digər rayon və şəhərlərdən xüsusilə fərqlənir. İnfeksiyanın Azərbaycanda yayılmağa və ciddi təhlükəyə çevrilməsinə başladığı vaxtdan Abşeronun rəhbərliyi virusa qarşı ciddi mübarizəyə başladı.
Bu mübarizə bu gün də davam edir. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Xırdalan şəhərindəki Heydər Əliyev Parkında, eləcə də fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi əraziləri gəzərək təbliğat işləri aparıblar. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə işləri həyata keçirilib.
RİH başçısı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində, eləcə də küçə və prospektlərdə sakinlərlə söhbətləşib, onlara koronavirus (COVİD-19) pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.
Bundan əlavə, Abşeron rayonun hər kənd və qəsəbəsində könüllülərdən, icra nümayəndələrdən və polis əməkdaşlarından ibarət mobil qruplar yaradılıb. Həmin qruplar kənd və qəsəbələrdəki küçələri və marketləri, eləcə də icazəli şəkildə fəaliyyət göstərən obyektlərdə maarifləndirmə-təbliğat işləri həyata keçiblər. Bu işlər bundan sonra da mütəmadi şəkildə, fasilə vermədən davam etdiriləcək. Eyni zamanda Xırdalan şəhərində, şəhərinin park və xiyabanlarında, prospekt və küçələrində, bank və markertlərin qarşısında mütəmadi olaraq dezinfeksiya tədbiləri həyata keçirilir. Hazırda Abşeronda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı önləyici tədbirlərin reallaşdırılması diqqət mərkəzindədir.
Qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-kommunal İstismar Sahələrinin əməkdaşları tərəfindən binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur. Abşeron sakinlərinin ölkə başçısı İlham Əliyevə ünvanladığı məktublarda da rayon rəhbərliyinin gördüyü işlər qeyd edili. Sakinlər bildirir ki, koronavirus pandemiyası dövründə yalnız virusla mübarizə aparılmayıb. Həmçinin sosial problemlərə də diqqət yetirilib. Koronavirus pandemiyasına görə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə yardımlar edilib və bu məsələ icra başçısı İradə Gülməmmədovanın xüsusi nəzarətində olub. Bir çox hallarda icra başçısı aztəminatlı ailələrlə şəxsən baş çəkib, onlara maddi və mənəvi dəstək göstərib.
Elman Nigaran

COMMENTS