Abşeron Rayon Polis İdarəsinin DİQQƏTİNƏ: Ağacların qənimi ifşa edildi

Abşeron Rayon Polis İdarəsinin DİQQƏTİNƏ: Ağacların qənimi ifşa edildi

Xırdalan şəhərində iri ağacların kəsilməsi ilə bağlı məlumat vermişdik. Bir daha nəzərinizə çatdıraq ki, həmən ağclar kimin sifarişi ilə kəsildiyi məlum olmadığı bildirilirdi.

Əldə etdiyimiz məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Abşeron Rayon Polis İdarəsinə göndərilən müraciət araşdırılır. DOSYE.ORG-a daxil olan yeni məlumatlarda bildirilir ki, həmən ağacların kəsilməsinin sifarişini “Texservis” ASC sədri Ceyhun Nəcəfov adlı şəxs sifariş verib. Məqsəd isə villasının həyatyanı sahəsini daha da genişləndirmək istəyən C. Nəcəfov yaxınlıqda tanıdığı şəxsə pul müqabilində ağacları kəsdirib.

Bu şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilmədiyi olduqca şübhələr doğurur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan torpaqları qeyri-qanuni yolla satan C. Nəcəfov nə üçün qanun qarşısına çıxarılmır. Səhimlərinin 20% sahib olan “Texservis” ASC sədri Ceyhun Nəcəfov, Xırdalanda makler rolunu icra edir.

Güya, ərazidə onun “dabrosu” olmadan bir nəfər tikinti apara bilməz. Ərazidə özünü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəyilər Eyyubovun yaxını kimi sıramaqla sakinləri xof içində saxlayır. Əslində, adı hallanan şəxs heç də C. Nəcəfovun söylədiyi kimi təhlükəli insan deyil. Səmimi və dünya görüşü ilə cəmiyyət arasında nüfüz sahibi kimi hörmət qazanan B. Eyyubov, ölkə başçısının etibar etdiyi ən önəmli generallardandır.

Görünür, dələduzluğun ən son modeli ilə böyük gəlir əldə edən C. Nəcəfov öz çirkin əməllərini hələ də davam etməkdədir. İri ağacların məhv edilməsi və özünü Xırdalanda padşah kimi qələmə verdiyini nəzərə alsaq, deməli onun “krişası” hələ də iş başındadır. Növbəti yazılarımızda “Texservis” ASC sədri Ceyhun Nəcəfovla bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət ünvanlanacaq. Araşdırmalarımız davam edir.

DOSYE.ORG

 

COMMENTS