Abşeron təhsilində söz sahibi kimdir? Sevinc Əliyeva kimə arxalanır?

Abşeron təhsilində söz sahibi kimdir? Sevinc Əliyeva kimə arxalanır?

Abşeron rayon təhsil müəssiələri ilə bağlı ötən dərs ili dövründə kifayət qədər xoşagəlməz hadisələrlə bağlı məlumat vermişdik.

DOSYE.ORG olaraq yenidən orta məktəblərlə bağlı araşdırmalara başladıq. Regional Təhsil İdarəsinin fəaliyyəti haqqında heç bir informasiyaya malik olmasaq da, Abşeron təhsili isə bizə və oxucularımıza gün kimi aydındır. Bu gün isə ən qlobal problemli məktəbin direktorunu sizlərə təqdim edirik.

Xırdalan 3 saylı məktəb-liseyi sözün əsl mənasında heç də xoş xatirələrlə yadda qalmayıb. Direktor  Sevinc Əliyeva isə heç nə olmamış kimi yenidən iş başında olacağı barədə məlumatlar dolaşır.

Abşeron rayonuna yeni təyin olunan icra başçısı Abidin Fərzəliyev gələr-gəlməz, bütün orta məktəblərın direktorlarına öz qanunlarına qibtə etməyə məcbur etdi. Əlbətdə ki, “qanunlar” Sevinc Əliyevanı qane etməyə bilməzdi. Çünki, müəyyən adlar altında toplanan pulların bir qismini başçıya ötürür. Onu da nəzərinizə çatdıraq ki, hazırda rayon məktəb direktorları S. Əliyeva ilə hesablaşacağı barədə söz-söhbətlər gəzir.

Yəni, Regional Təhsil İdarəsi heç bir halda Abşeron rayonunda təhsil müəssisələrinə təsir edə bilməyəcək. Bir halda ki, icra başçısı öz hökmüranlığını direktorlara nümayiş etdirib. Köhnə qayda ilə desək, Sevinc Əliyeva “Abşeron RTŞ” müdiridir. Növbəti yazılarımızda Abşeron RİH başçısı Abidin Fərzəliyevin daha hansı müəssisələrə kirişalıq etdiyini xəbər verəcəyik. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

COMMENTS