Abşeron Telekkomunikasiya qovşağı nəzarətdən yayınıb?

Dosye.org xəbər verir ki, Abşeron Telekommunikasiya qovşağının baş mühəndisi Sahib Əliyev vəzifə səlahiyyətindən istifadə edərək qanuni kobud şəkildə pozulmasına şərait yaradıb.

 

Mənbənin dediyinə görə S. Əlievev, yuxarının qohumu olduğu üçün, idarədə kimsənin həddi çatıb ona gözün üstə qaşın var deyə bilmir. Elə bu səbəbdən də cənab Əliyev Abşeron Telekommunikasiya qovşağını “söküb” satmaqla məşğuldu. Daxil olan məlumatlara görə Sahib Əliyev dövlət tərəfindən “Aztelekom” İstehsalat Birliyinə verilən rabitə naqillərin gizlin yolla idarədən çıxararaq satır. Etibarlı mənbənin bildirdiyinə görə Sahib Əliyev idarədə rabitə naqillərinin oğurluğu ilə yanaşı Abşeron Telekommunikasiya qovşağının işçilərinin əmək haqqlarına da göz dikir. Daxil olan məlumata görə son aylar onlarla işçinin məvacibi Sahib Əliyev tərəfindən müəyyən bəhanələrlə tutularaq mənimsənilib.
Onuda bildirək ki, gələn saylarımızda Sahib Əliyevin kimlərlə əl olub rabitə naqillərini gizli yolla şxardıb satdırması barədə geniş məlumat verəcəyik…
Mövzuya qayıdacağıq ,bizi izləyin 

COMMENTS