Abşeronda avtomobil 9 yaşlı uşağı vurdu

Abşeronda avtomobil 9 yaşlı uşağı vurdu

Abşeronda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Əbdülrəhmanov Nemət Taleh oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona başın sol gicgah nahiyəsinin əzilmiş-sıyrılmış yarası, sol pəncənin əziyi diaqnozları qoyulub.

DOSYE.ORG

COMMENTS