Top.Mail.Ru

Abşeronda avtomobil naməlum gənc qadını vuraraq öldürüb

Abşeronda avtomobil naməlum gənc qadını vuraraq öldürüb

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə dekabrın 16-da saat 23:15 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Orxan Çingiz oğlunun idarə etdiyi “Mercedes-Benz E220” markalı minik avtomobili yolu keçən piyada, təxminən, 23-25 yaşlarında olan qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS