Abşeronda avtomobil qaçıran qardaşlar saxlanıldı

Abşeronda avtomobil qaçıran qardaşlar saxlanıldı

Aprelin 17-nə keçən gecə Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini M.Qarayevə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsiin Keşlə Xətt Polis Məntəqəsi və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıblar.

DOSYE.ORG

COMMENTS