Top.Mail.Ru

Abşeronda baş memar Akif Əliyev necə rüşvət alır?

Abşeronda baş memar Akif Əliyev necə rüşvət alır?

Abşeronda baş memar prezidentin “rüşvət gündəlikdən silinməlidir” göstərişinə məhəl qoymur. Bir daha nəzərinizə çatdıraq ki, ötən yazılarımızda bəzi məsələlərə aydınlıq gətirildi.

Belə ki, Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyev ətrafında baş verən qalmaqallı olaylar gündəmə çevrilməklə yanaşı, tutduğu yoldan geri çəkilməyəcəyini sanki and içib. Bütün qeyd olunan hadisələr bir növ baş memarın vəzifədən uzaqlaşdırılacağına işarədir. İddialar ondan ibarətdir ki, Abşeron rayon ərazisində fərdi evlərin tikintisi üçün  A. Əliyevə qədər rüşvət verilməlidir?

Rayon rəhbərliyinin məsələ ilə bağlı məlumatlı və yaxud məlumatsız olduğunu söyləyə bilmərik. Ən azından A. Əliyevin aldığı rüşvət nə icra hakimiyyətində deyil, özünün tabeçiliyində olan əməkdaşlar vasitəsi ilə əldə edir. Bunlardan əlavə əkin sahələri üçün nəzərdə tutulan torpaqlar Akif Əliyev tərəfindən satılır. Yəni, torpağ alan vətəndaş mütləq A. Əliyevin tələb etdiyi rüşvəti verməlidir. Əməkdaşlarımızın bu istiqamətdə apardığı araşdırmalar bir daha sübüt edir ki, A. Əliyev davamlı  şəkildə rüşvət alır və ona mane olan bir nəfər belə yoxdur. Bu danılmaz faktdır. Digər bir tərəfdən Akif Əliyev iddia edər ki, yazdıqlarımız sübüta yetirilsin. Əlbətdə ki, əlimizdə hər hansı foto fakt və video çəkiliş olmadığı məlumdur. Gəlin görək Akif Əliyev rüşvəti hansı formada alır?

Əvvəla, baş memarın qəbuluna düşmək üçün maneələri aşmalıyıq. Bir faktı diqqətinizə çatdıraq ki, Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin girişində mühafizəçinin hansı məqsədlə saxlanılması müəmmalıdır. Ola bilər ki, qarşı tərəf “dövlət binası olduğu üçün mühafizəçiyə egtiyac var” söyləsin. Lakin konkret faktlara arxalanaraq bildirmək istəyirik ki, həmən mühafizəçilər rüşvətin alınmasında birbaşa nəzarətr edir. Rüşvət verən şəxs Memarlıq və Tikinti şöbəsinə daxil olan zaman digər vətəndaşlara giriş qadağan edilir. Bu da təbii ki, A. Əliyevin rüşvəti təhlügəsiz formada almasına köməklik edir. Üstəlik baş memara gələn hədiyyələr mühafizəçi tərəfindən maşına aparılır.

Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin ikinci mərtəbəsində Abşeron Təhsil Şöbəsi yerləşir. Şöbənin girişində heç bir mühafizə xidməti göstərilmir. Sualım sizədir,  Abşeron TŞ dövlət müəssəsi deyil?

Fotoda olduğu kimi, mühafizəçilər Akif Əliyevi şəxsən özünü və komandasını mühafizə edir. Bu bir mənalı şəkildə qəbul edilməlidir. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

COMMENTS