Abşeronda baş memar prezidentin “rüşvət gündəlikdən silinməlidir” göstərişinə məhəl qoymur- İDDİA

Abşeronda baş memar prezidentin “rüşvət gündəlikdən silinməlidir” göstərişinə məhəl qoymur- İDDİA

Son günlər Abşeron rayon ərazisində qeyri-qanunu fərdi evlərin tikintisi sürətlə davam edir.

Bu barədə dosye.org-a məlumat verən mənbə daha sonra vurğulayır ki, Abşeron rayonunun baş memarı Akif Əliyevin rəhbərlik etdiyi, İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi məşğul olur. Belə ki, baş memarın tədbiq etdiyi “məzəndə” ərazi üzrə hesablanır. Məsəl üçün Xırdalanda bir mərtəbəli fərdi ev tikdirmək istəyən vətəndaş 5000(min) manat, iki mərtəbəli fərdi ev isə daha yüksək məbləğdə, yəni 10.000(min) manat rüşvət verməlidir. Çıxarışlı evlərin tikintisi üçün isə bəzi “güzəştlər” nəzərə alınır. Xatırladaq ki, son günlər ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə, habelə ölkə başçısı İlham Əliyevin “Rüşvət gündəlikdən silinməlidir” göstərişi demək olar ki, baş memar Akif Əliyev üçün nəzərdə tutulmayıb. Sual yarana bilər. Kimdir Akif Əliyevə  səlahiyyəti verən?

Əlbətdə ki, Memarlıq və Tikinti şöbəsinin müdiri A. Əliyev neqativ əməlləri tək icra etmir. Dosye.org-a daxil olan digər bir məlumatda bildirilir ki, baş memar A. Əliyev əkin sahələri üçün nəzərdə tutulan torpaqlarda fərdi evlərin tikintisi üçün vətəndaşlardan küllü miqdarda rüşvət tələb edir. Təklif olunan məbləğə razılaşan vətəndaş dərhal pulu ödəməli və ona qoyulan zaman müddətində tikib yekunlaşdırmalıdır. Bəzən elə təkliflər olur ki, vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları ilə üzə-üzə qalır. Baş memara ötürülən rüşvətdən sonra vətəndaşa daha bir maraqlı təklif olunur. Yəni, “axşam saatlarında tikintini davam etdirin”.

Prezident İlham Əliyevin “rüşvət gündəlikdən silinməlidir” 

Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Akif Əliyev ətrafında baş verən qalmaqallı hadisələr bununla bitmir. Mətbuatda zaman-zaman baş memarın özbaşınalığından, rüşvətxorluğundan kifayət qədər məlumatlar dərc edilib. Lakin əfsuslər olsun ki, A. Əliyevə “gözün üstə qaşın var” deyən tapılmır ki, tapılmır. Digər bir araşdırmalara nəzər yetirdikdə görərək ki, baş memarın vəzifə səlahiyyətlərindən sui-istifadə etmə əməlləri var və bu gündə davam edir. Maraqlısı isə budur ki, ölkə başçısının rüşvət haqqında səsləndirdiyi fikirlər bütün hallarda A. Əliyevə aidiyyəti yoxdur.

Diqqətinizə çatdıraq ki, dosye.org saytında Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əlievlə bağlı tutarlı məlumatlar dərc edilmişdir. Lakin bir neçə hörmətli şəxslərin təkidi və xahişi ilə tənqidi məqalə saytdan çıxarıldı. Bütün bunlara baxmayaraq Abşeron RİH-nin hüquq şöbəsindən redaksiyamıza zəng olunaraq inanılmaz dərəcədə iradlar bildirildi və ölkə məhkəmələrini rüşvətdə ittiham edildi. Bu barədə növbəti yazılarımızda geniş məlumat veriləcək. Bizi izləməyi unutmayın…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS