Abşeronda faciə: 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

Abşeronda faciə: 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

Abşeron rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

“Dosye.org” Trend-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində baş verib.

2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yaşadığı binanın 6 mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb.

DOSYE.ORG

 

COMMENTS