Abşeronda gənc oğlanı maşın vuraraq öldürüb

Abşeronda gənc oğlanı maşın vuraraq öldürüb

Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1993-cü il təvəllüdlü Məmmədov Aqil yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Yaralı “təcili yardım” maşını ilə xəstəxanaya aparılarkən, yolda keçinib. Sürücü saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Dosye.org

COMMENTS