Abşeronda məktəbdə kütləvi yoluxma var? – AÇIQLAMA

Abşeronda məktəbdə kütləvi yoluxma var? – AÇIQLAMA

Abşeron rayonunun Saray qəsəbəsində 1 nömrəli tam orta məktəbdə sanitariya-epidemioloji vəziyyətin sabit olmaması iddia edilib.

Bu barədə Milletinsesi.info-a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Bildirilib ki, məktəbdə koronavirus yayılsa da, dərslər distant formaya keçirilmir.

Abşeron Rayon Təhsil Şöbəsindən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəb ilə bağlı iddiaların əsası yoxdur:

“Məktəbdə sanitariya-epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır. Hazırda yalnız 1 ibtidai sinif distant təhsilə cəlb edilib. Digər siniflərdə dərslər əyani qaydada davam edir”.

DOSYE.ORG

COMMENTS