Abşeronda qanunsuz tikintiyə etiraz: Sakinlər Abidin Fərzəliyevi günahlandırır

Abşeronda qanunsuz tikintiyə etiraz: Sakinlər Abidin Fərzəliyevi günahlandırır

Bu gün daha bir qanunsuz tikintinin şahidi olduq.

DOSYE.ORG xəbər verir ki, Abşeron rayon Masazır qəsəbəsində ən təhlükəli ərazidə hündür mərtəbəli binanın inşa ediləcəyi məlum olub. Ərazidə yaşayan sakinlər həmən tikintiyə qəti etiraz əlaməti olaraq icra hakimiyyətində olublar.

Məsələ ilə əlaqədar göstərilən ərazidə olduq. Kamazlarla torpaqların daşındığını gördükdə sadəcə dəhşətə gəldik. Yəni, bu cür qanunsuzluq və biabırçılıq heç bir çərçivəyə sığmır. Əslində, bütün olayların səbəbkarı məhz Abşeron RİH başçısı Abidin Fərzəliyevin olduğu məlumdur.

Onu da diqqətinizə çatdıraq ki, həmən ərazidə hər hansı bir bədbaxt hadisə baş verərsə, məsüliyyət tək tikinti şirkətin üzərində qalmamalıdır.
Bu istiqamətdə araşdırmalarımız davam edir…

DOSYE.ORG

COMMENTS