Abşeronda qardaş bacısına şüşə parçası ilə xəsarət yetirib

Abşeronda qardaş bacısına şüşə parçası ilə xəsarət yetirib

Abşeron rayonunun Digah qəsəbəsində qardaş bacısına şüşə parçası ilə xəsarət yetirib.

“Report” xəbər verir ki, Talışov Tofiq aralarında yaranan ailə münaqişəsi zəminində bacısı, Talışova Cəmaləyə şüşə parçası ilə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS